Bakının Heydər Əliyev prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsinin yaxınlığında (Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasının qarşısında) yolun 1 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, yolun bağlanması ərazidə aparılan təmir işləri ilə əlaqədardır.