Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Ucnoqta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 22-də yarımadada və paytaxtda mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-15° isti , dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, ktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.