"Bakı Metropoliteni" QSC oturacaqlarının sayı 26-30 olan avtobusun satın alınmasına dair açıq tender keçirir.
Ucnoqta.az-ın "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, 1 lot üzrə keçirilən müsabiqədə iştirak haqqı 200 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 noyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 6 dekabr saat 15:00-dək Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 7 dekabr saat 15:00-da həmin ünvanda açılacaq. Tədbirdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.