Türkiyənin turizm bölgələrindən olan Antalya vilayətində partlayış törədilib.APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, Kəmər rayonunda balıqçıların müvəqqəti yaşadığı binaya iki qumbaraatan mərmisi atılıb. Əraziyə xeyli təcili tibbi yardım maşını və xüsusi təyinatlı polis dəstəsi cəlb olunub. Polis əməkdaşları hava limanına çatan zaman daha bir partlayış səsi eşidilib. Ərazidə irimiqyaslı əməliyyat başlayıb.