Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumtları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, cinayət hadisəsi 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.