"Hazırda paytaxtda təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Bu saata qədər asayişi pozanlara rast gəlinməyib". Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
O bildirib ki, hazırda özü Səməd Vurğun küçəsində hərəkətə nəzarət edir: “Polis əməkdaşları ərazilərdədir. Vəziyyət yüksək səviyyədədir. Maşınların hərəkəti normaldır. Məscidlər ətrafında nəzarət gücləndirilib. Hərəkətin təhlükəsizliyi də təmin edilib. Sadəcə yağışın yağmağı bəzi ərazilərdə sıxlığın yaranmasına səbəb olub. Bu da normadan artıq yağış miqdarı olduğundan yollarda sürüşmə ehtimalını artırır. Xoşagəlməz hadisə qeydə alınmayıb”.