Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nazir oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri ilə görüşəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Nazirlikdən bildirilib ki, qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.