Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək. Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, görüş oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində baş tutacaq. Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edəcəklər. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.