OPEC ölkələri noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək növbəti sammitdə neft hasilatını ilkin nəzərdə tutulan 0,7 mln. barel/gündən daha çox azalda bilər. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Əlcəzairin energetika naziri Nurəddin Buterfa bildirib.
Onun sözlərinə görə, OPEC Vyana toplantısında bazarı qiymətləndirəcək: "Əgər hasilatın planlaşdırılan 0,7 mln. barel /gün azaldılması kifayət etməsə, bu həcmi artıracağıq".
Xatırladaq ki, OPEC ölkələrinin sentyabrın 26-28-da Əlcəzairdə keçirilən qeyri-formal sammitində neft bazarında tarazlığın bərpa edilməsi üçün hasilatın 0,7 mln. barel/gün azalıdılaraq 32,5-33 mln. barel/günə kimi endirilməsi qərarı razılaşdırılıb.