"American Airlines" aviaşirkəti ABŞ-da təxminən 1600 aviareysi ləğv edib.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aviaşirkət bu addımı "Metyu" qasırğası səbəbilə fırtına xəbərdarlığının elan olunmasına görə atıb.
"American Airlines" şirkətindən bildiriblər ki, uçuşların ləğvi oktyabrın 6-dan tətbiq edilir və Mayami Beynəlxalq Hava Limanına, Fort Loderdeyl - Hollivud aeroportuna və Palm Biç hava limanına şamil edilir.
Şirkət uçuşları oktyabrın 7-də bərpa etmək niyyətindədir.