Bakının Suraxanı rayonu ərazisində piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, rayonun Yeni Günəşli qəsəbəsi ərazisində yolu keçmək istəyən 76 yaşlı Zaman Mədət oğlu Quliyevi maşın vurub.
Piyada ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq Zaman Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb və müvafiq ekspertizalar təyin edilib. Polisdən verilən məlumata görə, sürücü saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.