Bakı şəhər sakini 41 yaşlı Fərhad Muradova qarşı 100 min manatlıq dələduzluq edilib. “Report”un əldə etdiyi məlumata görə, bu barədə F.Muradov özü hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib. O ərizəsində qeyd edib ki, 1987-ci il təvəllüdlü Nazim Nəsirov ondan 100 000 manat pul alıb, lakin indiyədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.