Şimon Peresin ölümü ilə bağlı İsrailin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

11:56 - 5 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bu gün İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.APA-nın məlumatına görə, kitaba ürək sözlərini yazmaq istəyən vətəndaşlar saat 10.00-dan 13:00-dak və 14:00-dan 16:00-dak, sabah saat 14:00-dan 16:00-dak səfirliyə gedə bilərlər. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da Ş. Peresin vəfatı ilə əlaqədar səfirliyə gedərək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb. Qeyd edək ki, Ş.Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

Xəbər xətti