Kollecdən oğurluq edilib - Bakıda

11:53 - 5 Oktyabr 2016 - HADİSƏ

Bakı İdarəetmə və Texnologiya Kollecindən noutbuk, proyektor və monitor oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev tutulub. 

Araşdırmalar davam etdirilir.

Xəbər xətti