Bəzi yollarda sıxlıq yaranıb - Bakıda

09:20 - 5 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bu gün səhər saatlarında Bakı şəhərinin Yusif Səfərov küçəsindən paytaxtın mərkəzinə doğru istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, yolda əsas sıxlıq Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında müşahidə edilir. 
Eyni zamanda, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Üzeyir Hacıbəyov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi (Rusiya səfirliyi istiqamətində), habelə Nobel prospektində ("Port Baku" istiqamətində), Binəqədi şosesi və Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Xəbər xətti