Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub və hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.
Faktla bağlı araşdırmalar davam etdilir.