İraqın Ankaradakı səfiri Əli Əkbər İbrahim əl-Ələvi Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. "Anadolu" agentliyi xəbər verir ki, diplomata İraq parlamentinin oktyabrın 4-də qəbul etdiyi qərarla bağlı etiraz notası təqdim olunub.
Qeyd edək ki, oktyabrın 4-də İraq parlamenti ölkənin Mosul əyalətinə bağlı Başıka bölgəsində Türkiyə hərbçilərinin mövcudluğunun yolverilməz olduğu haqda qərar qəbul edib. İraq parlamenti türk hərbçilərinin ölkə ərazisində qalması müddətinin uzadılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara etiraz edib və buna dair sənədi təsdiqləyib.
Sənəd Türkiyənin Bağdaddakı səfirinə təqdim edilib. Qərarda türk hərbçilərinin "işğalçı güc" kimi tanınması, İraq torpaqlarından çıxarılması üçün lazım olanın edilməsi, Türkiyə ilə ticarət əlaqələrinin nəzərdən keçirilməsi və kimi müddəalar əks olunub.