Bakıda naməlum şəxs 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vuraraq qaçıb

11:27 - 5 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bakıda bıçaqlanma hadisəsi olub. Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, Yasamal rayonunda 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub. Belə ki, Yasamal rayonu Alatava ərazisində yaşayan 35 yaşlı Azər Tağıyev yaşadığı ev istiqamətində hərəkət edirmiş. Bu zaman A.Tağıyevin qarşısına tanımadığı şəxs çıxıb və ona 5 bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinin əməkdaşları A.Tağıyevi bıçaqlayaraq qaçan şəxsin axtarışına başlayıb.

Xəbər xətti