Göygöl rayonunda 21 yaşlı piyadanı avtomobil vurub. Ucnoqta.az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a verilən məlumata görə, Daşkəsən rayon sakini, 1995-ci il təvəllüdlü Cananə Quliyeva ayağının sınığı diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən tibbi xidmət göstərilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.
Onun yaxınlarının dediyinə görə, C.Quliyeva Göygöl rayonunun Qızılca kəndində marşurtdan düşüb yolu keçmək istəyərkən başqa bir avtomobil tərəfindən vurulub.
Faktla bağlı araşdırma aparılır.