Dələduzluq etdiyinə görə saxlanılan qadının digər cinayət əməlləri törətməsi də müəyyən edilib.
Ucnoqta.az DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 22-də tutulmuş Sumqayıt şəhər sakini Nüşabə Baxışovanın ətrafında ŞPİ əməkdaşları tərəfindən aparılmış istintaq hərəkətləri ilə onun 2013-2015-ci illər ərzində 1 paytaxt sakinini və 8 həmyerlisini aldadaraq onlardan ümumilikdə 35.620 manat pul alması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.