"Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı Türkiyəyə etdiyimiz müraciət üzrə işlərimiz davam etdirilir". Bunu "Report"un sualını cavablandırarkən Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, Azərbaycan Baş Prokurorluğunun rəisi Türkiyədə olub: "O yenə də Türkiyədə ezamiyyətdə olacaq. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".