"Mədəniyyət" kanalının keçmiş proqram rəhbəri Danial Aşurbəyov və qardaşı Fərid Aşurbəyov Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.
APA-nın məlumatına görə, qardaşlar icra hakimiyyətinə qarşı kompensasiya ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət ediblər.
Məhkəmə iddianı qeyri-mümkün sayıb.
Bundan sonra onlar apellyasiya şikayəti veriblər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.