Vergilər Nazirliyi vergi borcuna görə, Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artırılaraq 539-a çatdırılıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayında isə dəyişiklik yoxdur və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 893-dan 898-ə çatıb.