İranın Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə bu gün Bakıya gəlib. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. Milliyyətcə azərbaycanlı olan Cavad Cahangirzadə bundan əvvəl Urmiyadan İran parlamentinin deputatı kimi fəaliyyət göstərib. Səfir vəzifəsində o, bir müddət əvvəl diplomatik missiyasını başa vurmuş Möhsün Pakayini əvəz edəcək.