Nəqliyyatın hərəkətində sıxlıq yaranıb - Bakıda

11:09 - 29 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bu gün səhər saatlarından Bakının bəzi küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.  Bu barədə Ucnoqta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. 

Məlumata görə, hazırda Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətində), Babək prospekti (Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsi istiqamətində), habelə Koroğlu Rəhimov küçəsi, Gülaya Qədirova küçəsi, Afiyəddin Cəlilov küçəsi və Səməd Vurğun küçəsində (Zərifə Əliyeva küçəsinə doğru) nəqliyyat vasitələrinin hərəkəti ləngiyir.

Xəbər xətti