Bu gün Bakı Ağır Cinayət Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında F.Əhmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, F.Əhmədov həyat yoldaşını öldürüb. O, Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham olunur.