Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz yağışda fasilə olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 18-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısamüddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.