Şəkidə toy gününü referenduma gedərək əbədiləşdirən cütlüyə Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən televizor hədiyyə olunub. ARB xəbər verir ki, 6 saylı seçki məntəqəsində səs verdikdən sonra şadlıq sarayında toy gününü qeyd edən bəy və gəlinin hədiyyəsi evlərində təqdim olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilən hədiyyəni kənd üzrə icra nümayəndəsi təqdim edərək xoşbəxtlik arzulayıb.