Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov referendumda səsvermə hüququndan istifadə edib. "Report" xəbər verir ki, spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsinə gəlib. O.Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib.
Qeyd edək ki, bu məntəqədə 1 290 seçici qeydiyyata alınıb.
11 nəfər qeydiyyatdan çıxıb, 39 nəfər məntəqədən kənar, evdə səs vermək üçün müraciət edib. Burada həm yerli, həmdə xarici müşahidəçilər qeydiyyatdan keçib.