Ucnoqta.az
www.ucnoqta.az

<b>Oqtay Əsədov referendumda səsvermə hüququndan istifadə edib</b>

12:02 - 26 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov referendumda səsvermə hüququndan istifadə edib. "Report" xəbər verir ki, spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsinə gəlib. O.Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib.

Qeyd edək ki, bu məntəqədə 1 290 seçici qeydiyyata alınıb.
11 nəfər qeydiyyatdan çıxıb, 39 nəfər məntəqədən kənar, evdə səs vermək üçün müraciət edib. Burada həm yerli, həmdə xarici müşahidəçilər qeydiyyatdan keçib.

Müəllif: Ucnoqta.az