"Bakı Metropoliteni" QSC universal frezer dəzgahının və universal torna dəzgahının satınalınmasına dair açıq tender keçirir. Ucnoqta.az xəbər verir ki, müsabiqə 1 lot üzrə keçirilir.
Tenderdə iştirak haqqı 200 AZN təşkil edir. İddiaçılar zəruri sənədləri 24 oktyabr saat 18:00-a qədər, tender təklifini və bank təminatını isə 1 noyabr saat 15:00-a qədər Bakı şəhəri, M. Rəfili küçəsi 20 ünvanına təqdim etməlidirlər.