Ucnoqta.az xəbər verir ki, “Multikulturalizm ili”nə həsr olunan konfrans dekabr ayında baş tutacaq.
Konfransda iştirak etmək istəyən məktəblilər noyabrın 20-dək məqalələrini Bilik Fonduna təqdim edə bilərlər. Dil və ədəbiyyat, mədəniyyət və incəsənət, tarix və etnoqrafiya, coğrafiya bölmələri üzrə məqalələr qəbul edilir.