Əbilov "Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunub.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamda bildirilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında baytarlıq sahəsində səmərəli fəaliyyətinə görə Əbil Mehrac oğlu Əbilova “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin.