Nazirlikdən bildirilib ki, bu cür məlumatların Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur və qeyd olunan məsələ hazırda müzakirə mövzusu deyil: “Bu məsələ ətrafında diqqəti cəld edən amil ondan ibarətdir ki, analoji məlumatlar bir neçə aydan bir dövriyyəyə gətirilir. Həmin məlumatı yayanların onların şərhi ilə də məşğul olması daha doğru olardı”.