Son altı ayda 103 uşağa kəskin süst iflic diaqnozu qoyulub

15:33 - 15 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Səhiyyə Nazirliyinin Uşaq Nevroloji Xəstəxanasına bu ilin 6 ayı ərzində 11 000-dən çox uşaq müraciət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 1 455 nəfəri stasionar müalicəyə qəbul edilib.

Uşaqların 416-sı Ümumi şöbəyə, 262-si Diaqnostika şöbəsinə, 255-i Yenidoğulmuşların patologiyası şöbəsinə, 250-si Uşaq serebral iflici şöbəsinə, 103-ü Kəskin süst ifliclərin differensial diaqnostikası şöbəsinə, 95-i isə Reanimasiya və intensiv terapiya şöbəsinə qəbul olunub.

Zəruri müalicə aldıqdan sonra 1 381 xəstə evə buraxılıb. 

Xəbər xətti