İsmayıllıda 3 tona yaxın narkotik bitkilər məhv edilib

12:44 - 5 Sentyabr 2016 - Xəbər

 İsmayıllı rayonunda ümumi çəkisi 3 tona yaxın olan 3400 ədəd çətənə kolu məhv edilib. "Report"un məlumatına görə, məhv edilən narkotik vasitələr rayonun Xanağah və Cülyan kəndlərinin ərazisində aşkar olunub. 
İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı  yabanı halda bitən narkotik xassəli bitkilər aşkar olunub və yandırılaraq məhv edilib.

Xəbər xətti