Müəllimlər üçün əlavə yerləşdirmə bu gün bitir

11:12 - 5 Sentyabr 2016 - Xəbər

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün təşkil edilmiş əlavə yerləşdirmə bu gün bitir. Lent.az-ın məlumatına görə, sentyabrın 3-dən başlayan əlavə yerləşdirmə üçün müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər.
Qeyd edək ki, əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcək.

Xəbər xətti