Türkiyənin sabiq daxili işlər naziri həbs edilə bilər

14:44 - 29 İyul 2016 - DÜNYA

Türkiyənin sabiq daxili işlər naziri İdris Naim Şahin hərbi çevrilişə cəhdlə əlaqəsi olmasına görə həbs edilə bilər.Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, o, həm də 2011-ci ilin dekabrında Şırnak vilayətində 34 sakinin ölməsində ittiham olunur. Onlar qaçaqmalçı olublar, lakin guya PKK ilə bağlantıları olduqlarına görə məhv ediliblər.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Xəbər xətti