Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 3 hakim barəsində həbs qərarı verilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Sakarya Baş Prokurorluğu Sakarya Ədliyyə Sarayında çalışan 24 hakim və prokurorun saxlanılması barədə göstəriş verib.
Məlumata görə, hakimlər Hasan Hüseyin Özese, Tarık Çağlayan və Muhammet Tokalı məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib. Bunlardan Hasan Hüseyin Özese vaxtilə İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin sədri olub və "Ergenekon" işinə baxan hakim olub.
Məhkəmə həmçinin 21 hakim və prokurorun buraxılması haqqında qərar qəbul edib.