Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 788 şübhəli barəsində həbs qərarı verilib. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla bağlı İstanbul Ədliyyə Sarayı hökm çıxarıb.
Onların arasında 12 general, 1 admiral, polis, müəllim və əsgərlər də var.
Bundan əlavə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1 522 şübhəlinin məhkəmə prosesinin keçirilməsi gözlənilir.