Rusiyanın Xəzər dəniz donanmasının dəniz piyadalarının 500-dən çox hərbçisinin taktiki təlimləri başlayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, təlimlərə təxminən 100 ədəd hərbi və xüsusi texnika cəlb edilib.
Təlimlər zamanı müdafiə olunmaq üzrə döyüş aparılması, silah və hərbi texnikandan atəş açılması bacarıqları artırılacaq.