Türkiyədə növbəti terror aktı törədilib. Lent.az habertürk-ə istinadən xəbər verir ki, PKK terrorçuları Van vilayətinin Erciş qəsəbəsində partlayıcı ilə yüklənmiş avtomobili partladıb. İlkin məlumata görə, partlayış nəticəsində kənd gözətçisi və bir hərbçi, eləcə də 10 nəfər yaralanıb.
Bölgəyə xeyli təcili yardım briqadaları və təhlükəsizlik xidməti əməkdaşları cəlb edilib. Artıq Vanda PKK terrorçularına qarşı əməliyyatlara da start verilib.