ABŞ prezidenti Barak Obama hesab edir ki, 70 illik fəaliyyəti dövründə NATO, Rusiyanın Ukraynadakı hərəkətləri də daxil olmaqla, eyni vaxtda bu qədər təhdidlə hələ üzləşməmişdi. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obama bu barədə NATO-nun Varşavadakı sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Rusiya müstəqil Avropa ölkəsi olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozub və NATO-ya üzv ölkələrə qarşı təxribat hərəkətlərə yol verir”, - deyə Obama qeyd edib.
Terrorçuluq və qaçqın böhranı da NATO üçün əsas təhdidlər sırasındadır.