Avstriya konstitusiya məhkəməsi prezident seçkilərinin nəticəsini ləğv edib.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstriya Azadlıq partiyasının iddiası üzrə işə baxan məhkəmə hakimi Herhaet Xolçinger məlumat verib. Məhkəmə prezident seçkilərinin ikinci turunda qalib gələn Aleksander Van der Bellenin nəticələrini ləğv edib.
Qeyd edək ki, Yaşıllar partiyasının keçmiş lideri və müstəqil namizəd olan Bellen İkinci dünya müharibəsindən sonra ilk prezident idi ki, Avstriyada ölkənin aparıcı 2 partiyasından heç birinin üzvü deyildi.