Amnistiya:Bu gün 350 məhbus azadlığa qovuşdu

18:14 - 15 İyun 2016 - Cəmiyyət

Amnistiya aktı bu gün 350 məhbusa şamil edilib.Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Onlardan 216-sı Bakı şəhəri, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad edilib. Azadlığa buraxılan 350 nəfərdən 9-u qadındır.
Amnistiya aktının icrası Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.

Amnistiya aktının icrası davam edir.

Xəbər xətti