İstanbulun mərkəzindəki partlayışda 11 nəfər həlak olub

12:22 - 7 İyun 2016 - DÜNYA

 İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 36 nəfər xəsarət alıb. Bu barədə "Report" Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir. Ölənlərdən 7-si polis əməkdaşıdır.

11:39
İstanbulda avtobus dayanacağının yaxınlığında baş verən partlayış nəticəsində nəfər həlak olub, 8-i polis əməkdaşı olmaqla, 18 nəfər xəsarət alıb. 
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Partlayış Bakı vaxtilə saat 9:40-da  İstanbulun mərkəzində Beyazıt rayonunun Vezneciler dayanacağının yaxınlığında xüsusi təyinatlı polis maşınının keçdiyi zaman baş verib. Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib. İlkin məlumatlara görə, kənarda saxlanılan minalanmış maşın partlayıb.

Xəbər xətti