26 yaşlı kişi su kanalında boğuldu

16:38 - 20 İyun 2026 - ÖLKƏ İÇİ

Yevlax rayonunda 26 yaşlı kişi su kanalında boğulub.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində qeydə alınıb.

Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən suda batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub, hazırda axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti