İsrail Livanın cənubundakı bufer zonasından qoşunlarını çıxarmayacaq

16:23 - 16 İyun 2026 - DÜNYA

Beynəlxalq ictimaiyyətin sərt tənqidlərinə və təzyiqlərinə baxmayaraq, İsrailin Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını çıxarmaq niyyəti yoxdur.

Ucnoqta.az xəbər verir ki, İsrail müdafiə naziri İsrael Katz bu açıqlamanı Qərb Şəriyəsində yeni yəhudi yaşayış məntəqəsi olan Doranın təməlqoyma mərasimində verib.

"Təhlükəsizlik zonasından çıxmaq niyyətimiz yoxdur. Bu, beynəlxalq tənqid fırtınasına səbəb olacaq, lakin geri çəkilmək niyyətimiz də yoxdur. Livanda Beyruta çatdıq, amma təkcə bu deyil. [İsraillə] sərhədə yaxın kəndlərdə tunelləri partladırıq və terror hədəflərini sistematik şəkildə məhv edirik". İsrail müdafiə naziri əlavə edib.

Xəbər xətti