Bazar ertəsi günü qərbi Monqolustanda Qızıldan (Tuva) 556 km cənub-cənub-qərbdə 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az bildirir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi bu barədə məlumat verir.
Zəlzələnin episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 km, Monqolustan-Çin sərhədindən isə 150 km məsafədə olub.
Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası üzrə 9,1 bal olub.