İndoneziya hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin qorunması üzrə Britaniya və Fransa missiyasında iştirak etməkdən imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İndoneziyanın xarici işlər naziri Sugiono "Jakarta Globe" qəzetinə bildirib.
"Biz iştirak etməməliyik. Bu, bizim neytral mövqeyimizi pozardı", - deyə bildirib.
Qəzetin məlumatına görə, Hörmüz boğazında hələ də iki İndoneziya tankeri bloklanıb.